"Bakcell" beynəlxalq zəngləri ucuzlaşdırıb

"Bakcell" beynəlxalq zəngləri ucuzlaşdırıb
11:37 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti abunəçiləri üçün dəqiqəsi iki dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya başlayıb.
Şirkətdən "Report"a bildirilib ki, kampaniyanın şərtlərinə görə, indi "Bakcell" abunəçiləri həftə sonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0,16 manat ödəyəcəklər. Pik saatlarında beynəlxalq zənglərin qiyməti isə dəyişməz (0,32 manat/dəqiqə) qalıb.
"Yeni tarif planını təqdim etməklə, şirkət bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir", - deyə şirkətdən bildirilib.
“Bu yeni təklifi ilə "Bakcell" abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq”, - deyə şirkətin baş marketinq və satış direktoru Fedja Hadziç vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-beynelxalq-zengleri-ucuzlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR