Qəzada yaralanan 3 məktəbli Bakıda xəstəxanaya yerləşdirilib

Qəzada yaralanan 3 məktəbli Bakıda xəstəxanaya yerləşdirilib
11:47 12 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin nümayəndələri Sabirabad rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan məktəblilərə baş çəkiblər.

Milli.Az report-a istinadən bildirir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 
O qeyd edib ki, qəza zamanı yaralanan məktəblilər - Rəşad, Vüsal və Ağamirzə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiya şöbəsində müalicə alırlar: "Bu gün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları da tezliklə onlara çatdıracağıq. 
C.Valehovun sözlərinə görə, eyni zamanda, bu gün Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda baş vermiş avtomobil qəzası nəticəsində həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR