“Xəzri” sisteminə qoşulan tərəfdaşların sayı artır

“Xəzri” sisteminə qoşulan tərəfdaşların sayı artır
12:02 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Kapital Bank“ ASC "Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir. Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında da bu sistem mövcuddur.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə, minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində "Kapital Bank"ın bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.
Qeyd edək ki, Azərbaycanda "Atabank", "AFB Bank" və "Bank VTB (Azerbaijan)" bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələr həyata keçirə bilərlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/xezri-sistemine-qosulan-terefdaslarin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR