Bakıdakı “KFC”-də İYRƏNCLİK - FOTOLAR

Bakıdakı “KFC”-də İYRƏNCLİK - FOTOLAR
12:03 12 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda fəaliyyət göstərən “KFC” restoranlar şəbəkəsi ilə bağlı iddia ortaya çıxıb.

Aytəkin Qardaşova adlı xanım müştərilərin istifadə olunmuş plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb. Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq KFC işçilərindən vəziyyəti öyrənməyə çalışıb: “Sual verdim ki, “İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?”

Cavab tapa bilməyən oğlan tutulub qaldı. “Yox, xanım, aparıb “krant”a boşaldacağıq”,- deyə bildirdi. Yəni, işçi platsik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər”. (Baku.ws)



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR