"Maşın Aygün Kazımovanın həyətindədir"

"Maşın Aygün Kazımovanın həyətindədir"
12:21 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın borca görə avtomobilini satması haqda xəbər yayılıb.

Müğənninin mətbuat katibi İsa Şükürov Axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib.

O, A.Kazımovanın avtomobilini satmadığını deyib:

“Maşın Aygün xanımın həyətindədir, hər yerə də onunla gedir”.

Qeyd edək ki, A.Kazımovanın “Chevrolet Camaro Cabriolet” markalı maşınını borca görə satmaq məcburiyyətində qaldığı xəbəri yayılmışdı. Avtomobilin qiyməti təxminən 90 000 dollardır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR