Cavid Qurbanov Ziya Məmmədovu əvəzlədi

Cavid Qurbanov Ziya Məmmədovu əvəzlədi
12:22 12 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olunub.

Milli.Az bildirir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Trend-ə deyib ki, bu gun Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunması ilə bağlı iclas keçirilib.

İclasda qərara alınıb ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın yeni rəhbəri seçilsin.

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.

Qeyd edək ki, federasiyanın bundan öncə prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR