Samsung Eco Bubble yuyucu maşını: sadəcə təmizləmir, tərtəmiz edir

Samsung Eco Bubble yuyucu maşını: sadəcə təmizləmir, tərtəmiz edir
12:32 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Samsung Eco Bubble yuyucu maşını ilə paltarların yuyulması daha ehtiyatlı və effektiv olacaq.

Eco Bubble texnologiyası yuyucu tozu suda tam olaraq həll edir, yumaya başlamazdan öncə məhlulu hava köpükləri ilə zənginləşdirir. Mükəmməl şəkildə həll olunan yuyucu vasitə parçaya daha tez daxil olur və çirki effektiv şəkildə təmizləyir.

Samsung Eco Bubble sahiblərinə müxtəlif növ parçaların yuyulması üçün geniş proqram seçimi: kaprizsiz pambıqdan tələbkar yun və ipək kimi materiallaradək, yüngül ütüləmə və körpələr üçün geyimin yuyulması rejimləri təklif edilir.

Bütün yuma növlərində paltarların qorunması paltaryuyan maşınının unikal baraban konstruksiyası - Diamond Drum sayəsində təmin olunur. Bu barabanın dəlikləri formaca almazı xatırladan düzbucaqlı piramida çökəklərində yerləşir. Bunun sayəsində mərkəzdənqaçma qüvvəsinin təsiri altında parça dəliklərə daxil olmur, orada ilişib qalmır, deməli, ən aktiv rejimdə belə zədələnmir.

Eco Bubble texnologiyası paltarları hətta aşağı temperaturda da yumağa imkan verir. Bu da öz növbəsində elektrik enerji sərfiyyatında xərcləri azaldır.

Paltaryuyan maşının idarəedilməsi çox asandır: proqramların seçimi və yumanın tənzimlənməsi displeydə göstərilir, idarəolunma isə hətta xüsusi smartfon tətbiqindən də mümkündür.

Samsung Eco Bubble paltaryuyan maşınına sahib olaraq siz yumanın tək keyfiyyətinə və paltarların salamat olmasına deyil, elektrik enerjisinə görə çıxan xərclərinizə də sevinib təəccübləncəksiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/478615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR