Sergey Lebedev: "Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkandır"

Sergey Lebedev: "Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkandır"
12:32 12 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkandır".
"Report" xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda keçirilən MDB-yə üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında deyib.
"Bu yaxınlarda Bakıda MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin iclası, bir sıra MDB ölkələrinin nümayəndələrinin iştirak etdiyi Humanitar Forum keçirilib, indi də bu qonaqpərvər məkanda MDB ölkələrinin miqrasiya xidmətlərinin rəhbərləri bir araya gəlib", - deyə S.Lebedev bildirib.
Onun sözlərinə görə, iclasın gündəliyinə Birlik ölkələrində miqrantların yaşayış statusunu, onların sosial müdafiəsini, hüquqlarını və vəzifələrini tənzimləyən təxminən 20 məsələ salınıb.
"MDB-nin bütün ölkələrində miqrantlar var. Onların olduqları ölkələrdə qalmasının hüquqi tənzimlənməsi məsələsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması çox vacibdir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu gün miqrasiya problemləri yalnız MDB ölkələri üçün yox, həm də bütün dünya üçün aktualdır və Afrikanın şimalında, Avropada və Yaxın Şərqdə yaşanan miqrasiya çətinlikləri buna sübutdur.
S.Lebedev, həmçinin xatırladıb ki, Azərbaycanən təklifi ilə MDB-yə üzv dövlətlərin rəhbərləri Gəncəyə 2017-ci ildə MDB ölkələrinin mədəniyyət paytaxtı statusu verilməsi barədə qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sergey-lebedev-baki-mdb-olkelerini-muxtelif-strukturlarinin-iclaslarinin-kecirilmesi-ucun-enenevi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR