Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub
12:32 12 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, itkin düşmüş 33 yaşlı Səxavət Musayevin üzərində kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti Tərtər rayonunun Şıxarx qəsəbəsinin ərazisində tapılıb.
Məlum olub ki, qətli törədən Ağdam rayon sakini Aqil Aslanov, Tərtər rayonunun Səhlabad kənd sakinləri Şaiq Həsənov və əvvəllər məhkum olunan Səxavət Orucovdur. 
 Hər üç şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-itkin-dusen-sexsin-qetle-yetirildiyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR