Dəhşətli qəzaya düşən məktəblilərin KİTAB SEVGİSİ - FOTOLAR

Dəhşətli qəzaya düşən məktəblilərin KİTAB SEVGİSİ - FOTOLAR
12:33 12 Oktyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Sabirabad rayonunda baş vermiş avtoqəza nəticəsində xəsarət almış məktəblilər - Rəşad Həsənov, Vüsal Əliyev, Ağamirzə Ağayev Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun uşaq travmatologiya şöbəsində müalicə alırlar.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov həmin uşaqlara baş çəkib.

“Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə onlara baş çəkmək üçün xəstəxanaya getdik. Hər üç məktəbli özünü yaxşı hiss edir, bizdən oxumaq üçün kitablar istədilər. Sifariş etdikləri kitabları da tezliklə onlara çatdıracağıq. Eyni zamanda bu gün Təhsil Nazirliyinin əməkdaşları Sabirabadda baş vermiş avtoqəza nəticəsində həlak olan məktəblinin hüzr mərasimində iştirak etmək üçün rayona yola düşüblər. Allah həlak olan balamıza rəhmət etsin. Xəsarət alanlara şəfa versin!” - deyə C.Valehov bildirib.

Qeyd edək ki, ötən günSabirabadda yük avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər məktəbli isə dünyasını dəyişib. Qəzada yaralananların əksəriyyəti məktəblilər olub.

Sabirabadda QORXUNC qəzada ölən və xəsarət alanların əksəriyyəti məktəblilərdir (YENİLƏNİB)

Sabirabadda yük avtomobili avtobusla toqquşub.

Gülxar




Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR