Yağış, külək - XƏBƏRDARLIQ

Yağış, külək - XƏBƏRDARLIQ
12:39 12 Oktyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 12-13-də Bakıda və  Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz  16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  17-19° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında şimşək çaxacaq.     arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16°  isti olacağı gözlənilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR