Azərbaycanda ahıl kişiyə hücum olub

Azərbaycanda ahıl kişiyə hücum olub
12:47 12 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda ahıl kişiyə hücum olub.
"Report"un məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar kəndində qeydə alınıb.
Naməlum şəxs rayon sakini 60 yaşlı Kərəm Hacıyevin baş nahiyəsinə küt alətlə xəsarət yetirərək onun əlində olan mobil telefonu alıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanının əməkdaşları mobil telefonu quldurluq yolu ilə alan Tovuz rayonunun  Əli Mərdanlı kənd sakini Tural Məmmədovu tutub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-ahil-kisiye-hucum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR