Bakı. 12 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Abşeronda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən qəsəbə sakini Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.
Araşdırmalar davam etdirilir.