Şeyx: “Aşura günündə Qarabağ şəhidlərini də yada salmalıyıq”

Şeyx: “Aşura günündə Qarabağ şəhidlərini də yada salmalıyıq”
13:03 12 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bizim Qarabağla bağlı fətvamız var. Bu gün Aşura günündə Kərbala şəhidləri haqqında danışanda, eyni zamanda Qarabağ şəhidlərini də yada salıb, dualar oxumalıyıq”.

Publika.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bildirib.

Bütün Qafqazın Şeyxi deyib ki, Kərbala şəhidlik günüdür: “Mən Aşura günündə bütün müsəlmanlara, o cümlədən Azərbaycan xalqına başsağlığı verirəm. Çünki biz şəhidin nə olduğunu çox gözəl bilirik. İmam Hüseyn Kərbalada öz dəstəsi ilə haqqın yolunda şəhid olub. Bu gün Azərbaycanın da şəhidləri var. Bu şəhidlərin əksəriyyəti Qarabağ uğrunda döyüşüblər. Allah bütün şəhidlərə rəhmət etsin. İstəyirəm bütün İslam dünyasına baş sağlığı verim. Amma Aşura günü bizi əzməməlidir, qırmamalıdır. Biz daha çox qüvvətli olmalıyıq, düşmənə qarşı, haqqın yolunda daha çox mübarizə aparmalıyıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR