Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib
13:12 12 Oktyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR