Rusiya ilə Səudiyyə Ərəbistanı razılaşacaq

Rusiya ilə Səudiyyə Ərəbistanı razılaşacaq
13:33 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Goldman Sachs-ın əmtəə araşdırmaları üzrə qlobal şefi Jeff Currie Səudiyyə Ərəbistanı və Rusiyanın hasilat barədə açıqlamalarının razılaşma ehtimalını artırdığını deyib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Currie bununla bərabər ABŞ-ın hasilatı artıracağını, razılaşmanın çətin uğurlu olacağını vurğulayıb:

“Hasilatın gündə 500 min-1 milyon barel azaldılacağı halda ABŞ-da şist nefti istehsalçıları hasilatı gündəlik 500 min barel artıracaqlar”.

Liviya, Nigeriya və İranın hasilatlarını artırması şəraitində neftin qiymətinin tənzimlənməsinin daha çətin olacağını deyən Currie bildirib ki, Səudiyyə Ərəbistanının istehsalda mövsümə bağlı azalmaları "hasilatın azaldılması" kimi təqdim etməsi ən mühüm problemlərdən biridir.

Currie növbəti ilin aprel-may ayına qədər OPEC üzvlərinin müqaviləyə riayət edib-etməyəcəklərini müəyyənləşdirməyin çətin olacağını deyib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR