Azərbaycan: Avropada 4 komandadan biri

Azərbaycan: Avropada 4 komandadan biri
13:37 12 Oktyabr 2016
122 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsinə uğurlu start verən Azərbaycan hələ qapısında qol görməyib. San Marino üzərində səfərdə, Norveç üzərində evdə 1:0 hesablı qələbə qazanan millimiz rəqib meydanında Çexiya ilə qolsuz heç-heçəyə razılaşıb.


Fanat.Az xəbər verir ki, milli komandamız bu göstərici ildə Avropada 4 komandadan biridi. Belə ki, yığmamızdan başqa seçmə mərhələdə mübarizə aparan 54 komandadan yalnız 3-ü 3 turdan sonra qapısını toxunulmaz saxlayıb. Belə ki, Azərbaycanla yanaşı, Almaniya, İngiltərə və Belçika rəqib hücumçuların sevinməsinə imkan verməyib.


4 komanda arasında millimiz top fərqinə görə sonuncudu. Belə ki, yığmamız cəmi 2 dəfə fərqlənib - 2:0. Belçikada bu göstərici 13:0, Almaniyada 8:0, İngiltərədə 3:0-dı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-avropada-4-komandadan-biri-t53294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR