Azərbaycanın qəzaya uğramış təyyarəsinə görə 2 mln. manatdan artıq ödəniş edildi

Azərbaycanın qəzaya uğramış təyyarəsinə görə 2 mln. manatdan artıq ödəniş edildi
13:47 12 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda təyyarələrin sığortalanması ilə məşğul olan yeganə şirkət - "Silkway Insurance" ASC 9 aylıq yığım və ödənişlərinin həcmini açıqlayıb.

Milli.Az bildirir ki, şirkətdən report-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında daxilolmaların məbləği 18 266 210 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,87% çoxdur.

Hesabat dövründə "Silkway Insurance"ın ödənişləri isə kəskin artıb. Belə ki, şirkət 9 ay ərzində 2 219 595 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 55,76 dəfə çoxdur.
Kəskin dinamikaya səbəb "Silkway Insurance"in bu il mayın 18-də Əfqanıstanda qəzaya uğramış "Silkway Airlines" MMC-yə məxsus "An-12" markalı yük təyyərəsinə görə ötən ay verdiyi sığorta ödənişi olub. Belə ki, təkcə sentyabrda şirkət 1 950 595 manat ödəniş həyata keçirib. Bu məbləğin isə demək olar ki, hamısı "Silkway Airlines"a ödənilib.
Qeyd edək ki, "Silkway Insurance" həmin təyyarəyə görə iyulda da 200 min manat ödəniş edib. Başqa sözlə, qəza şirkətə təxminən 2,15 mln. manata başa gəlib.
Təyyarəyə görə sığorta pulu verilməsi "Silkway Insurance"ın ödəniş-yığım nisbətinin də kəskin artması ilə nəticələnib. Belə ki, 2016-cı ilin ilk 9 ayında şirkət topladığı hər 100 manat sığorta haqqının 12,15 manatını müştərilərinə geri qaytarıb. Halbuki, 2015-ci ilin ilk 9 ayında bu nisbət cəmi 0,24% olub.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" şirkətinə, 3,6%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR