Abşeronda baş verən qətlin təfərrüatı məlum olub

Abşeronda baş verən qətlin təfərrüatı məlum olub
13:57 12 Oktyabr 2016
293 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.
Onlar "söhbət etmək" üçün kafedə görüşüb.
Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.
O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.
T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/abseronda-bas-veren-qetlin-teferruati-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR