Serj Sarqsyan hökumətin siyasətini tənqid edən Prezident Administrasiyası rəhbərinin müavininin istefasını qəbul edib

Serj Sarqsyan hökumətin siyasətini tənqid edən Prezident Administrasiyası rəhbərinin müavininin istefasını qəbul edib
13:57 12 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Viktor Dəlləkyanın prezident aparatının rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, dünən V.Dəlləkyan keçirdiyi mətbuat konfransında Ermənistan Prezidenti Aparatının rəhbərinin müavini vəzifəsindən getdiyini və aktiv siyasətə qayıtdığını, eləcə də 2017-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
O, hökumətin həyata keçirdiyi daxili, xarici və iqtisadi siyasətlə razı olmadığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/serj-sarqstan-hokumetin-siyasetini-tenqid-eden-prezident-administrasiyasi-rehberinin-muavininin-iste

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR