Azərbaycan müdafiə naziri müharibə şəraiti üçün hazırlanmış mobil səhra hospitalında olub

Azərbaycan müdafiə naziri müharibə şəraiti üçün hazırlanmış mobil səhra hospitalında olub
14:17 12 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan müdafiə naziri müvafiq tapşırıqlarını verib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR