Kim Çen Inı öldürmək üçün xüsusi qoşun yaradılır

Kim Çen Inı öldürmək üçün xüsusi qoşun yaradılır
14:43 12 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya Şimali Koreya ilə müharibənin başlanacağı halda, rəqibin nəzarət məntəqələri və liderlərinin məhv edilməsi üçün xüsusi qoşunların yaradılacağını elan edib.

Publika.az xəbər verir ki, bu haqda “Yonxap” agentliyi yazıb.

“Ordu düşmən ərazisində tapşırıqları yerinə yetirməyə və geri qayıtmağa qadir xüsusi bölməyə malik olmaq istəyir”, - Quru qoşunlarının qərargah başçısı Çan Çun Kiu bildirib.

Müasirləşdirilmiş bölmənin missiyasina xüsusi halda Şimali Koreyanın lideri Kim Çen In və yaxın ətrafının məhvi daxil olacaq. Xüsusi bölmənin arsenalında MH-47 vertolyotlar olacaq. Radarlarla təchiz edilən vertolyotlar 40 desantçıya qədər daşıya bilir.

Xüsusi bölmənin 2018-ci ilə kimi hazırlanması planlaşdırılır.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR