Xalq artistinin aktyor oğlu ağır vəziyyətdədir

Xalq artistinin aktyor oğlu ağır vəziyyətdədir
14:58 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İrəvan Dövlət Teatrının aktyoru 37 yaşlı Məmməd Zeynalov insult keçirib.

Aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Əldə etdiyimiz məlumata görə, aktyor dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqi qalxıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər həyati təhlükəsi olduğunu bildirir. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.

Qeyd edək ki, M.Zeynalov Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğludur, ailəlidir.(modern.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR