"İnter" - "Qəbələ" oyununun vaxtı müəyyənləşdi

"İnter" - "Qəbələ" oyununun vaxtı müəyyənləşdi
15:22 12 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında VIII turu çərçivəsində baş tutacaq "İnter" - "Qəbələ" oyununun başlama tarixi və saatı müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionluğa iddialılar sırasında göstərilən komandaların oyunu oktyabrın 15-də baş tutacaq.
 
"İnter Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq. Qarşılaşma "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 
 
Qeyd edək ki, geridə qalan 7 turdan sonra "Qəbələ" 19 xalla turnir cədvəlində birinci, "İnter" isə 15 xalla ikinci pillədə qərarlaşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR