VTB-nin səhmləri yüksəlməyə başlayıb

VTB-nin səhmləri yüksəlməyə başlayıb
15:27 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın "Bank VTB"-nin səhmlərinin qiyməti özəlləşdirmə xəbərinin açıqlanması ilə bir qədər bahalaşıb. "Report", "RİA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva Fond Birjasından məlumat verilib. MMVB fond indeksinin azalmasına baxmayaraq Bankın səhmlərinin qiyməti 0,1% bahalaşıb.
Xatırladaq ki, "Bank VTB"-nin özəlləşdirilməsi 2017-ci ilə nəzərdə tutulub. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev xəbər verib. Onun sözlərinə görə, Bankın 10,9% səhmlərinin özəlləşdirilməsi planlaşdırılır.
"Bank VTB" Rusiyanın aktivlərinə görə ikinci bankıdır və 651 mlrd. rubl (10,5 mlrd. ABŞ dolları) həcmində nizamnamə kapitalına sahibdir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vtb-nin-sehmleri-yukselmeye-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR