Azərbaycana yay gəlib?

Azərbaycana yay gəlib?
14:52 5 Yanvar 2015
258 Maraqlı
Ölkə mətbuatı
A- A+

Armud ağacı ikinci dəfə bar verib

Hava şəraitinin əlverişli keçməsi bəzi meyvə ağaclarının ikinci dəfə bar verməsinə səbəb olur. Belə hallardan biri də İmişli rayonunun Otuziki kəndində qeydə alınıb. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, kənd sakini Əkbər Məmiyevin bağında armud ağacı ikinci dəfə bar verib. Ağacın üzərində 50-60 ədəd meyvə əmələ gəlib. Əkbər Məmiyev deyir ki, avqust ayında ağacın meyvələri yığılıb. Oktyabr, noyabr  aylarında ağac yenidən çiçəkləyib və bar verib. Lakin Əkbər Məmiyev bildirir ki, sərt şaxtalar olsa, ağacdakı meyvələr tam yetişə bilməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR