“Azərbaycan təəccüblü komandadır” – Yoahim Löv

“Azərbaycan təəccüblü komandadır” –   Yoahim Löv
15:37 12 Oktyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

“Azərbaycan təəccüblü komandadır”. Fanat.Az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata açıqlamasında deyib. 


56 yaşlı mütəxəssis Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyuna toxunarkən, bunları söyləyib: “Qrupda artıq 7 xal toplayıblar. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik”.


Qeyd edək ki, Azərbaycan – Almaniya matçı gələn il martın 26-da Bakıda keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-tccublu-komandadr-t53298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR