Çavuşoğlu AŞPA-da Azərbaycana təşəkkür etdi

Çavuşoğlu AŞPA-da Azərbaycana təşəkkür etdi
15:44 12 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

 

APA-nın Avropa müxbirinin xəbərinə görə, M. Çavuşoğlu çıxışında bu ilin 15 iyulunda ölkədə baş vermiş dövlət çevrilişinə cəhd və onun nəticələri, Türkiyədəki son vəziyyət, terrorizmlə mübarizə, ölkənin Suriya məsələsində oynadığı rol, suriyalı qaçqınlar, Türkiyə ilə Avropa Şurası və Avropa İttifaqı arasındakı münasibətlər haqqında danışıb.  Sonra o, assambleya üzvlərinin suallarını cavablandırıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumda təmsil olunduğu Avropalı Mühafizəkarlar Qrupu adından Türkiyənin XİN başçısına bağlı sual ünvanlayıb: “Cənab nazir, ölkəniz bölüşdüyümüz dəyərlərin qorunması üçün terrorizmlə mübarizə aparır. Həmkarlarım Türkiyədəki vəziyyətlə bağlı artıq sizi sorğu-suala tutublar. Mənim isə sualım ondan ibarətdir ki, biz, Avropa Şurası olaraq, Türkiyəyə necə dəstək verə bilərik?”

 

M. Çavuşoğlu cavabında ilk olaraq Azərbaycan prezidenti başda olmaqla, Türkiyənin ağır günlərində onun yanında olan Azərbaycan xalqına öz təşəkkürünü bildirib: “Mən ölkəmin ağır günündə ilk andan bizim yanımızda olduğu üçün Azərbaycanın prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına öz təşəkkürümü çatdırıram. Bu günlər bizim üçün çox ağır keçdi və belə ağır günlərdə yanında dostunun olmasına ehtiyacın olur. Əlbəttə, biz gözləmirik ki, tərəfdaşlarımız apardığımız siyasətlə tam şəkildə razı olsunlar. Sadəcə, istəyimiz odur ki, belə ağır vəziyyətdən çıxa bilməmiz üçün bizim üçün daha konstruktiv təkliflər və tövsiyələr irəli sürsünlər. Yəni, belə məsələlərdə gizli niyyət və ikili standartlar istifadə edilməsinə qarşıyıq. Onu deyim ki, AŞ-nin baş katibi, onun Nazirlər Komitəsi, AŞPA və assambleyamızın bir çox üzvləri bu baxımdan düzgün yol tutublar. Bizim istədiyimiz də odur ki, aramızda daha çox dialoq və müzakirələr aparılsın. AŞ nümayəndə heyəti Türkiyəyə səfər etdikdə biz hər zaman onlara lazımı dəstəyi veririk ki, səfərləri obyektiv və düzgün olsun. Biz bu əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik və AŞ ilə tərəfdaş olaraq qalacağıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR