Kalmık teatrı Bakıdadır

Kalmık teatrı Bakıdadır
15:51 12 Oktyabr 2016
40 Şou
Ölkə mətbuatı
A- A+

B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır.

Axşam.az-ın məlumatına görə, qastrol səfəri 3 gün davam edəcək. Kollektiv Y.Şyutskiyin “Tri porosyonka” (“Üç donuz balası”) və B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri “Rodnıe naşi” (“Qohumlar”) tamaşaları ilə çıxış edəcəklər.
 
Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın əməkdar incəsənət xadimi Boris Manciyevin teatrımızda hazırladığı “Qohumlar” tamaşası  Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.
 
Tamaşalar oktyabrın 13-də saat 10.00, 12.00, 14.00-da  (Y.Şyutskiy “Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli “Rodnıe naşi”), 14-də saat 10.00, 12.00, 14.00, 16.00-da (Y.Şyutskiy “Tri porosyonka”), 15-də saat 10.00, 12.00, 14.00-da  (Y.Şyutskiy “Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli “Rodnıe naşi”) nümayiş etdiriləcək.

Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabrın 15-də saat 19.00-da baş tutacaq.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR