Almaniya Suriya və İraqa hərbi mütəxəssislər göndərəcək

Almaniya Suriya və İraqa hərbi mütəxəssislər göndərəcək
16:12 12 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Almaniya hökuməti Bundesverin Qərb koalisiyasının Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarında iştirakını 2017-ci ilin sonuna qədər uzatmaq qərarına gəlib.
"Report" TASS-a istinadən xəbər verir ki, yenilənmiş mandat həmçinin almaniyalı hərbi mütəxəssislərin NATO-nun AWACS radiolokasiya kəşfiyyatı üçün ekipaj yaratmasını da nəzərdə tutur. AWACS radiolokasiya kəşfiyyat qrupu vəzifəsi hərbi əməliyyatlar zonasında hava məkanına nəzarət etməkdən ibarətdir. Qoşun kontingentinin ümumi sayı 1 200 nəfərə çata bilər.
Sənədin qüvvəyə minməsi üçün onun Bundestaqda təsdiq edilməsi tələb olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR