"Bizimlə söhbətində bildirib ki, ona şər atılır" - Sadıq Sadıqov

"Bizimlə söhbətində bildirib ki, ona şər atılır" -  Sadıq Sadıqov
16:37 12 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

“Peter Zayzanbaherlə Rio Olimpiadasının sonuna kimi şərti anlaşmışdıq. Onunla həmin vaxt belə rəsmi müqaviləmiz olmayıb”. Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov deyib.

 

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofilyada günahlandırılır. Avstriyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. Hazırda bu cinayətlə Vyana prokurorluğu məşğuldu və onların hansı qərarı verəcəyi bilinmir.

 

Məsələ ilə bağlı saytımıza danışan vitse-prezident Rio Yay Olimpiya Oyunları başa çatdıqdan sonra Zayzanbaherin Azərbaycanla bağlılığı qalmadığını deyib. Sadıqovun sözlərinə görə, avstriyalı mütəxəssislə bağlı münasibətlərin rəsmiləşməsi üçün məhkəmənin sonunu gözləyirlər və son qərarından sonra onunla danışıqlara başlayacaqlar.

 

Vitse-prezident əməkdaşımızla söhbətində Olimpiya çempionunun hazırda nə səbəbdən Bakıda olması və komandamıza məşq keçməsinə də aydınlıq gətirib. Federasiya rəsmisi bildirib ki, Zayzenbaher şəxsi işlərini başa çatdırmaq üçün paytaxtımızdadı: “Bilirsiz ki, Olimpiya Oyunlarında sonra həm dövlət başçısı, həm də Cüdo Federasiyasının rəhbərliyi ilə bir sıra görüşlər nəzərdə tutulurdu. O, bununla əlaqədar Bakıda idi. Həmçinin, Peterin Bakıda başa çatdırası bir neçə işi də vardı. Onun Azərbaycanda olmasının səbəbləri də budu. Bəyan edirəm ki, Zayzenbaherlə yığmamızda gələcək fəaliyyəti ilə bağlı heç bir rəsmi müqaviləmiz yoxdu. Məhkəmənin qərarını gözləyib sonra danışıqlar masası arxasına oturacağıq”.

 

Sadıqov millimizə Rioda 2 gümüş medal qazandıran mütəxəssisin cinayətinə inanmadığını da vurğulayıb. O bildirib ki, federasiyada Zayzenbaherə inanırlar: “Məşqçi öz açıqlamasında, o cümlədən, bizimlə söhbətində bildirib ki, ona şər atılır. Bir sözlə, ittihamları rədd edir. Özünün də dediyi kimi neçə illərdi bu proses gedir və böyük yarışlar zamanı bu məsələlər şişirdilir. İstənilən halda, məhkəmə var. Hüququ cəhətdən onların yekun qərarını gözləyirik. Hər şeyə bundan sonra aydınlıq gələcək”.

 

Qeyd edək ki, Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, onun müştərisi irəli sürülən ittihamlardan xəbərdardı. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır. 

(apasport.az)

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR