"23 illik həyat yoldaşım məni təhdid etdi"

"23 illik həyat yoldaşım məni təhdid etdi"
16:37 12 Oktyabr 2016
163 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici işlər naziri Mövlut Çavuşoğlu ölkədə edam cəzasının yenidən bərpa olunması ilə bağlı müzakirələrin getdiyi vaxtda həyat yoldaşı ilə arasında yaşanan maraqlı dialoqu paylaşıb.

Qafqazinfo Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu məsələ ilə bağlı həyat yoldaşının onu təhdid etdiyini etiraf edib:

"Mən şəxsən söyləyirəm. Edam cəzasının əleyhinəyəm. Həyat yoldaşım çevriliş cəhdinin səhərisi günü məni təhdid etdi. "Edam cəzası ilə bağlı sənin düşüncələrini bilirəm. Lakin fikrini dəyişsən, səninlə münasibətlərimizi yenidən nəzərdən keçirəcəm", - dedi. Mən heç nə demədim. 23 ildir evliyik, lakin həyat yoldaşım ilk dəfədir ki, məni təhdid etdi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR