Bakıda 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

Bakıda 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək
16:42 12 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində 16-18 noyabrda 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi keçiriləcək.
“Report”un məlumatına görə, sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir.
“Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir.
Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Bu il sərgidə dünyanın 10 ölkəsindən 60-dan artıq şirkət iştirak edəcək. Onların arasında Azərbaycan, Almaniya, Çexiya, Danimarka Ingiltərə və digər ölkələr var. İlk olaraq “Caspian Ecology” sərgisində Arkon Flow Systems (Çexiya), BLUCAST JSC (Litva), DIKKAN (Türkiyə) şirkətləri iştirak edəcəklər. 
Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi iştirak edəcək.
Yerli iştirakçılar arasında: Azertexnolayn LLC, Aspipe, BP, EKOL Engineering Services CJSC, Polymart LLC, SOCAR, SOCAR Polymer, SOCAR – CNG, “Təmiz Şəhər” ASC və s.
Ümumilikdə, “Caspian Ecology” təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.
Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/bakida-7-ci-azerbaycan-beynelxalq-etraf-muhit-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR