Cavid Hüseynov azadlığa buraxılıb

Cavid Hüseynov azadlığa buraxılıb
16:47 12 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. 
"Report"un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynov azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, Ann.tv-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.
Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33