Dövlət Komitəsi: "Nardaran ziyarətgahındakı Aşura mərasimində qanun pozuntusu olmayıb"

Dövlət Komitəsi: "Nardaran ziyarətgahındakı Aşura mərasimində qanun pozuntusu olmayıb"
17:05 12 Oktyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Nardaran qəsəbəsi "Rəhimə xanım" ziyarətgahında keçirilən Aşura mərasimində hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov qeyd edib: "Bu gün Nardaran qəsəbəsi "Rəhimə xanım" ziyarətgahında Aşura mərasimi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib və hər hansı qanun pozuntusu müşahidə edilməyib. Bununla yanaşı, onu da qeyd edim ki, ilk dəfə olaraq "Rəhimə xanım" ziyarətgahında qanvermə aksiyası təşkil olunub. Həmin qanvermə aksiyasında 300-ə yaxın qəsəbə sakini iştirak edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR