Yol polisi bir gündə 8984 sürücünü cərimələyib

Yol polisi bir gündə 8984 sürücünü cərimələyib
17:17 12 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları bir gün ərzində 8984 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Məlumata görə, oktyabrın 11-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 40-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 5-i isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.
Sürət həddini aşdığına görə 4873 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/yol-polisi-bir-gunde-8984-surucunu-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR