Akif Əlizadə: "Universitet rektorları məndən inciyirlər ki..."

Akif Əlizadə: "Universitet rektorları məndən inciyirlər ki..."
17:22 12 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturası universitet magistraturasından fərqlənməli və elmə yönəlməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə Elmi Müəssisələrinin Direktorları Şurasının iclasında deyib ki, növbəti tədris ili üçün institutlar magistraturada oxumaq istəyən 200-dən yuxarı gənci qəbul etməyə hazır olduqlarını bildiriblər. AMEA prezidenti isə bu sayın akademiya üçün hələ çox olduğunu söyləyib: "Hələ ki 100 nəfər olsa, bizə kifayət edər. Magistratura üçün təqdim edilən materiallarla tanış oldum. Qeyd etməliyəm ki, institut rəhbərləri bu məsələyə formal baxırlar. Vitse-prezidentlərdən, akademik-katiblərdən xahiş edirəm ki, bu məsələlərə bir daha nəzər yetirsinlər. Əks halda, onların təklifləri qəbul edilməyəcək. Çünki bizdə kəmiyyətdən çox, keyfiyyətə üstünlük verilir".

A.Əlizadə gənclərin son illər akademiyaya marağının artdığını bildirib. Onun sözlərinə görə, bu il təqdim olunan 63 yerdən 56 yer dolub, yalnız 7-si boş qalıb. AMEA prezidenti magistraturaya qəbulun aparılmasının elmin gələcək inkişafı üçün çox mühüm və vacib addım olduğunu vurğulayıb. O, institut direktorlarına yerlərin sayını, ixtisaslar barədə məlumatı vaxtında təqdim etməyi tapşırıb: "Bəzən universitet rektorları məndən inciyirlər ki, magistrləri bizdən alırsınız. Bu, bizim institutlarda yaradılan şəraitdən asılıdır. Gələcəkdə şəraiti bir qədər də təkmilləşdirib, gənclərin rahat təhsil almasına imkan yaratmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR