Cavid Hüseynovun azadlıqda ilk FOTOları

Cavid Hüseynovun azadlıqda ilk FOTOları
17:22 12 Oktyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü verilməsini istəyib.

Məhkəmə vəkil A.Məmmədovun vəsatətini qismən təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Hüseynov Səbail rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR