Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi

Prokuror qonşusunu öldürən şəxsə 13 il cəza istədi
17:32 12 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayət işinin tam sübuta yetirildiyini deyib. O, V.İbrahimova 13 il 6 ay həbs cəzası təyin edilməsini istəyib.

Proses oktyabrın 18-də davam etdiriləcək.
 
Qeyd edək ki, V.İbrahimov münaqişə zəminində qonşusunu Namiq Balayevi qətlə yetirməkdə ittiham edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR