Putindən ETİRAF: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına...”

Putindən ETİRAF: “Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına...”
17:38 12 Oktyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya iqtisadiyyatına Qərbin sanksiyalarının təsiri ilk növbədə texnologiyalara girişə məhdudiyyətlərdə özünü göstərir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” forumun plenar sessiyasında deyib.

Rusiya prezidenti vurğulayıb ki, sanksiyalar yalnız Rusiya iqtisadiyyatına zərər vermir, bütövlükdə dünya iqtisadiyyatına zərər vurur: “Çünki Rusiya iqtisadiyyatı sözsüz ki, ümumdünya iqtisadiyyatı üçün əhəmiyyətli sektordur. Sanksiyaları qəbul edənlər yekunda özlərinə ziyan vururlar”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR