Putin: "ABŞ prezidenti Moskva ilə işləməyi istəsə..."

Putin: "ABŞ prezidenti Moskva ilə işləməyi istəsə..."
17:52 12 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır. Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rusiya çağırır" adlı forumun plenar iclasında çıxışında bildirib. "Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik", - deyə Rusiya prezidenti qeyd edib. 

V.Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: "Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə..."

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR