"Nüvə Tədqiqatları İnstitutunun təcrübəsi azərbaycanlı alimlər üçün maraqlıdır"

"Nüvə Tədqiqatları İnstitutunun təcrübəsi azərbaycanlı alimlər üçün maraqlıdır"
17:57 12 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) təcrübəsi azərbaycanlı alimlər üçün maraqlıdır.

Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, bunu Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin sədri yanında müvafiq İşçi Qrupunun yığıncağında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.

Akademik vurğulayıb ki, BNTİ-nin 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın 25 illiyinə həsr olunmuş BNTİ Günləri ilə əlaqədar AMEA-da bir sıra digər tədbirlər də keçiriləcək. Qeyd edib ki, oktyabrın 14-dək davam edəcək tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.

BNTİ-nin direktoru, akademik Viktor Matveyev gənclərin müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçdiklərini bildirib. V.Matveyev üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduğunu əlavə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR