"Qəbələ"dən Cavid Hüseynovun azadlığına REAKSİYA

"Qəbələ"dən Cavid Hüseynovun azadlığına REAKSİYA
18:32 12 Oktyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun azadlığa çıxması ilə bütün diqqət onun yenidən yaşıl meydanlara qayıtmasına yönəlib.

Milli.Az xəbər verir ki, "Qəbələ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev modern.az-a açıqlamasında futbolçunun azadlığa çıxmasına şad olduqlarını deyib:

"Hazırda bizim klub olaraq bütün diqqətimiz "İnter"lə oyuna yönəlib. Cavidin yenidən kluba qayıdıb-qayıtmayacağı barədə məlumatım yoxdur. Onun kluba qaytarılması səlahiyyət sahiblərinin ixtiyarında olan məsələdir".

A.Hacıyev bildirib ki, futbolçunun yenidən kluba qaytarılması ilə bağlı müzakirə aparılmayıb: "Əvvəldən də onun azadlığa çıxacağı təqdirdə kluba qaytarılması barədə müzakirələr aparılmayıb".

Qeyd edək ki, jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı təqsirləndirilən sabiq kapitan Cavid Hüseynov bu gün azadlığa çıxıb. C.Hüseynov hadisələrdən sonra klubdan uzaqlaşdırılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR