Rusiyanın gizli MÜHARİBƏ SSENARİSİ: Qarabağa hücum və...

Rusiyanın gizli MÜHARİBƏ SSENARİSİ: Qarabağa hücum və...
18:53 12 Oktyabr 2016
385 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin Ukrayna və Krımdan sonra nə edəcəyini müəyyənləşdirmək çətindir.

Publika.az
xəbər verir ki, “Deyli Signal” nəşrinin jurnalisti Lyuk Koffi Kremlin mümkün 6 ssenarisi barədə yazıb.

Onun iddiasına görə, bu müdaxilə ssenarisidir və hədəfdə 6 ölkə ola bilər:

Ukrayna, Moldova, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Azərbaycan...

Lyuk Koffiyə görə, hər bir ölkədə Rusiya birbaşa ABŞ-ın maraqlarına zərbə vurur.

Putinin ssenariləri və vasitələr

Ukrayna: burada münaqişə dondurulmuş vəziyyətdə saxlanılır. Gələcəkdə daha aqressiv addımlar ataraq, Krım yarımadası Rusiyaya birləşdirilir. Sonra Matiupol və Odessanı tutmağa cəhd edilir.

Moldova: burada rusiyayönümlü olan Qaqauziya bölgəsi əsas vasitədir. Sözügedən zonada çətin vəziyyətdə yaşayan əhali hökuməti günahkar bilir. Bunun əksinə olaraq, onların Kremlə simpatiyası böyükdür. Qaqauziyanın zəbt olunması rusların Ukraynadakı mövqelərini möhkəmləndirə bilər. Beləliklə, Odessa üçün təhlükə daha da artar.

Qeyd edək ki, Moldova Respublikası Qaqauz Yerinin keçmiş başqanı Mixail Formuzal 2014-cü ildə Publika.az-a müsahibəsində Rusiyaya birləşməklə bağlı iddiaları təkzib etmişdi. O, bu cür xəbərlərin yayılmasını Moldovada oliqarxların nəzarət etdiyi medianın işi olduğunu vurğulamışdı.

Mixail Formuzal: “Qaqauzlar Bakıdan yardım istəyir”- Eksklüziv

Gürcüstan: Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarətindədir. Lakin ikinci müdaxilə üçün Samsxe-Cavaxetiya potensial məkandır. Çünki burada etnik gərginlik var və Ermənistanla sərhəddə yerləşir. Ermənilər istənilən vaxt separatçılığa gedə və Moskvanın planlarında yer ala bilərlər.

Türkmənistan: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yan qaçan Aşqabad üçün təhlükələr kifayət qədərdir. Xüsusilə Əfqanıstanla sərhəd olan ərazidə Talibanın təsir gücü böyükdür. Məhz bu təhlükədən narahat olan Moskva hələlik türkmənlərə silah və digər dəstəyi verir.
Moskva Türkmənistana ordu yeritməklə müdaxilə edə bilər.

Qazaxıstan: Ölkədə rusdilli və rus əsilli əhali çoxdur. Həmçinin, Şimali Qazaxıstan ən potensial təhlükə nöqtəsidir. Moskva bu amildən istifadə edə bilər.

Azərbaycan: ən potensial müdaxilə vasitəsi Qarabağdır. Rusiya Qarabağda sülhməramlılarını yerləşdirmək və bölgədə mövcudluğunu möhkəmləndirmək istəyir. Bu, Azərbaycanın maraqlarına uyğun deyil.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR