İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib
Ərdoğanın İstanbulda bir araya gəlməsi İrəvanda təşvişlə
qarşılanıb. Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin Dağlıq
Qarabağla bağlı gizli müzakirələr apardığı iddia edilir. Moskva və
Ankara arasında münasibətlər normallaşdığı bir vaxtda, Ankara və
Vaşinqton arasında baş verənlər “soyuq müharibə”nin başlana
biləcəyini göstərir. Putin isə ABŞ-la “soyuq müharibə”nin səbəbini
açıqladı.
Rusiya Qarabağın əvəzinə bunu istəyir – İstanbulda gizli
müzakirə
Oktyabrın 10-da İstanbulda görüşən Azərbaycan,
Rusiya və Türkiyə prezidentləri – İlham Əliyev, Vladimir Putin və
Rəcəb Tayyib Ərdoğanın səmimi görüntüləri Ermənistanda ciddi
narahatlıq yaradıb.
“Armenianreport” saytında yayımlanan məqalənin müəllifi Tevos
Arşakyan yazır ki, İstanbul görüşü erməni siyasətçiləri və
rəsmilərin təşvişinə səbəb olub. “Ermənistan Türkiyə-Rusiya
yaxınlaşmasından həmişə əziyyət çəkib. Prinsip etibarilə Moskvanın
Ermənistanı Ankaraya qurban verəcəyini gözləmək olar”, - deyə
məqalədə bildirilir.
Həmçinin İstanbulda prezidentlər arasındakı müzakirələrdə Qarabağ
məsələsinin də gündəm olduğu deyilir.
Yerevanda təşviş yaradan digər bir məsələ Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin oktyabrın 13-də Ermənistana
nəzərdə tutduğu səfəri təxirə salmasıdır.
Qazaxıstan lideri xəstəliyi səbəbindən Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçiriləcək toplantısına
qatılmayacaq. Hazırda Nursultan Nazarbayev soyuqladığı üçün həkim
nəzarətindədir.
Amma bəzi ekspertlər belə düşünür ki, Dağlıq Qarabağ mövzusunda
daim Azərbaycanın haqlı mövqeyini müdafiə edən Qazaxıstan
prezidenti məhz İrəvana getməmək üçün “diplomatik xəstəliyə”
tutulub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu
gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
plenar sessiyasında çıxışında regional münaqişələrə
toxunub.
Türkiyə XİN başçısı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi
Osetiyam və Balkanlarda mövcud olan münaqişələrin bütün regionun
sabitliyinə təhdid olduğunu bildirib.
Ərdoğandan ŞOK BƏYANAT: “Obama ilə danışandan 3 saat
sonra...” – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri
Fəthullah Gülənin ekstradisiyası məsələsini növbəti dəfə gündəmə
gətirib və ABŞ-ın Suriya siyasətini tənqid edib.
“Bizdən terrorçuları istəyəndə veririk, amma onlar belə bir
terrorçunu bizə vermir. Bizim aramızda cinayətkarların
ekstradisiyası ilə bağlı razılaşma var. Bundan sonra biz də
verməyəcəyik”, - Ərdoğan deyib.
Türkiyə prezidenti PKK terror təşkilatının lideri Abdullah
Öcalanı verdiklərini, əvəzində FETÖ-nü icad etdiklərini bildirib.
Ərdoğan həmçinin ABŞ-ı Suriyada terrorçu təşkilatları
silahlandırmaqda ittiham edib.