Bakıda beynəlxalq festivalın yekun konserti keçiriləcək

Bakıda beynəlxalq festivalın yekun konserti keçiriləcək
20:11 12 Oktyabr 2016
40 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 14-də Azərbaycan da daxil olmaqla, səkkiz ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan) təmsilçilərinin iştirakı ilə -ci Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, festival qaliblərin yekun konserti və mükafatlandırma mərasimi ilə başa çatacaq.

Qeyd edək ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Festival çərçivəsində keçirilən builki müsabiqənin son seçim turu sentyabrın 24-də Bakı, Xırdalan, Sumqayıt şəhərləri daxil olmaqla, V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində reallaşıb.

Münsiflər heyətinin sədri xalq artisti, professor Ağasəlim Abdullayevdir.

Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR