Macarıstanda Azərbaycan xalq musiqisindən ibarət konsert proqramı təşkil olunub

Macarıstanda Azərbaycan xalq musiqisindən ibarət konsert proqramı təşkil olunub
20:12 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycan Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası – “Xan Şuşinski fondu” ilə birlikdə “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi” silsiləsindən xalq musiqisindən ibarət konsert proqramı təşkil olunub.
Azərbaycanın Macarıstandakı səfirliyindən “Report”a verilən məlumata görə, konsertdə Azərbaycan xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, məşhur xanəndələr Ehtiram Hüseynov və Sevinc Sarıyeva iştirak ediblər.
Konsertdən əvvəl səfir Vilayət Quliyev Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, diaspora üzvlərinin vətənlə mədəni-mənəvi bağlarının gücləndirilməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində baş tutan tədbirin müstəqillik illərində digər sahələrlə bir sırada musiqi mədəniyyətimizin də böyük inkişaf yolu keçdiyinin sübutu olduğunu bildirib.
Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva-Cavanşirova öz çıxışında Fond xətti ilə son illərdə bir sıra Avropa ölkələrində həyata keçirilən mədəni-kütləvi tədbirlər haqqında məlumat verib.
Konsertdə Macarıstan paytaxtında yaşayan və təhsil alan azərbaycanlılar, diplomatik korpusun nümayəndələri, macar musiqi xadimləri iştirak ediblər. 






Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/macaristanda-azerbaycan-xalq-musiqisinden-ibaret-konsert-proqrami-teskil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR