Maşın aşdı, sürücü öldü

Maşın aşdı, sürücü öldü
20:37 12 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı "BMW" markalı maşın aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR