“O səs Türkiyə”də iştirak edən azərbaycanlı: “Arzum məşhur olmaq deyil” - fotolar

“O səs Türkiyə”də iştirak edən azərbaycanlı: “Arzum məşhur olmaq deyil” - fotolar
20:41 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi azərbaycanlı İlham Nəzərov “O səs Türkiyə”də yüksək performansı ilə diqqətləri üzərinə çəkmişdi.

Axşam.az xəbər verir ki, o, 1985-ci ildə anadan olub və Bülbül adına orta ixtisas məktəbində təhsil alıb.

Bakı Musiqi Akademiyasında vokal üzrə bakalavr, daha sonra magistr təhsilini başa vurub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D-ArteLirica Akademiyasında kontrtenor səs tembri üzrə təhsilini davam etdirib.

İfaçının musavat.com-a verdiyi müsahibəni təqdim edirik:

- Son zamanlar azərbaycanlıların “O səs Türkiyə” müsabiqəsinə axını başlayıb. Sizi bu müsabiqəyə cəlb edən nə idi?

- Mən bir çox önəmli müsabiqələrə qatılmışam, müvəffəqiyyət qazanmışam, amma insanlar məni tanımayıb. Bəzən deyirlər ki, tanınsan, ulduz xəstəliyinə tutularsan. Mən birdən-birə sənətə gəlməmişəm. 16 ilə yaxındır ki, bu işi görürəm. Məşhurluq haqda heç vaxt düşünməmişəm. İstəməmişəm ki, sənətin incəliklərini bilmədən tanınım. Sənəti tam mənimsəmək üçün önümdə illər var. Mən irəlilədikcə məşhurluq özü məni tapır. Məncə, sənətin 0-da 1-ni bilmirəm, öyrənməliyəm. Türkiyə mənə böyük kömək oldu.



- Belə başa düşdüm ki, bu qədər nailiyyəti olan ifaçını xalqın tanımamasının səbəbi özüdür...

- Özümü tanıtmağa imkanım olmayıb. Musiqili Komediya Teatrında çalışmışam. Filarmoniyanın artistiyəm. Müəllim kimi fəaliyyət göstərirəm. Dəfələrlə İctimai və dövlət televiziyasının qonağı olmuşam. İctimai Televiziyanın haqqını yeyə bilmərəm, tez-tez proqramlara dəvət edirlər. Tanınmamağımın bir səbəbi də insanların opera sənətinə marağının olmamasıdır. Mən də Türkiyəyə özümü tanıtmaq üçün getdim. Bilirəm ki, “O səs Türkiyə”nin Azərbaycanda izləyicisi kifayət qədər çoxdur. Mənim üçün ən yaxşı variant xalqımın başqa ölkədən məni tanımasıdır.

- Çıxışınızla hər iki ölkədə diqqət çəkdiniz. Bu qədər diqqət gözləyirdinizmi?

- Gündə 200-300 mesaj alıramsa, onların 95%-i Türkiyə türklərindəndir. Həmyerlilərimdən çox az mesajlar gəlir. Əsas odur ki, mesajların 99 faizində xoş sözlər yazılır. Əlbəttə, mənə irad bildirənlər də var. Onların fikirlərinə hörmətlə yanaşıram. Hər kəs məni sevməli deyil. Mənim oxuduğum janr bəsit deyil ki, hamı anlasın. Mən kontrtenorlar üzrə dünya ikincisiyəm. Amma o zaman heç kim maraqlanmadı ki, ikinci yeri tutan azərbaycanlı kimdir? Necə olub ki, ikinci yeri qazanıb? Bu insan nə oxuyur? Amma “O səs Türkiyə” müsabiqəsindən sonra çoxları məni tanıyır. Deyə bilərəm ki, məqsədimə çatdım.

- Tənqidlər əsasən nədən ibarətdir?

- Tənqid edənlər azərbaycanlılardır. Deyirlər ki, mahnını niyə korladınız. Mən mahnını korlamadım, öz hislərimi qatdım. Düşündüm ki, mahnıya nə qata bilərəm? O düşüncə ilə Allahın mənə bəxş etdiyi iki səs tembrini göstərdim. Əlimə düşən fürsət idi, hər kəsə göstərdim ki, Azərbaycanın mənim kimi istedadlı övladı var.

- Müsabiqə təəssüratlarınızdan danışaq...

- Müsabiqə çox gözəldir, məşhur telekanalda, məşhur insanın təqdimatında efirə gedir. Acun Ilıcalı işinin peşəkarıdır. Münsiflər də tanınmış, öz sözünü demiş şəxslərdir. Murad Boz gözəl musiqiçidir, Azərbaycanda minlərlə onu sevən insan var. Onu duelə çağırmaq böyük risk idi, amma onunla səhnəni bölüşmək çox xoş oldu. Duel sadəcə sözdə idi, əsas odur ki, onunla səhnəni bölüşdüm. Sibel Can da səhnəyə gəldi, üçümüz az da olsa, birlikdə “Ayrılıq” ifa etdik. İçimdə qorxu yox idi. Mən bu sənətə pillə-pillə gəlmişəm. Səhnədə arxayın idim. Şükürlər olsun ki, öhdəsindən gələ bildim.



- Bütün münsifləri döndərə bildiniz. 4 münsifin də dönəcəyini gözləyirdiniz? Niyə Hakan-Gökhan qardaşlarını seçdiniz?

- Münsiflərin hamısının sənətinə hörmətim var, hamısı mənim üçün dəyərlidir. O an ürəyimdən keçən onlar oldu. Əvvəldən seçim etməmişdim. Əslində heç birinin dönəcəyini düşünmürdüm. Hər ehtimala qarşı isə ağlımda qardaşlar vardı. Mən bürclərə inanmadığmı desəm də, içimdə xırda inam var. Düşünürəm ki, tərəzilər yaradıcı insan olurlar. Qardaşlar da, mən də oktyabrda doğulmuşuq, tərəzi bürcüyük. Bu da səbəblərimdən biridir.

- Növbəti turlara hazırsınızmı?

- Yəqin ki, növbəti turda mahnını münsif ilə birlikdə seçəcəyik. İstər pop, istər xalq mahnısı, istər opera olsun, hamısını oxumağa hazıram, səsim bütün janrlarda ifa etməyə imkan verir.

- Ailəniz müsabiqədəki uğurunuzu necə qarşıladı? Yəqin ki, onlar sizin müvəffəqiyyət qazanmağınıza öyrəşiblər...

- Ailəm çox sevindi və gördüyüm diqqət qarşısında təəccübləndi. Bu günə kimi dəfələrlə mötəbər festival və müsabiqələrdə iştirak edib, mühüm yerlər tutmuşam. Amma heç biri bu qədər rezonans doğurmayıb. Ailə üzvlərim xoşbəxt oldu, onlar mənim çəkdiyim əziyyətləri görürlər. Bilirlər ki, səhər saat 9-dan axşam saat 11-ə kimi məşq edirəm, çalışıram. Mənim işimə dəyər veriləndə xoşbəxt oluram. Mən xoşbəxt olanda ailəm də xoşbəxt olur. Onlar da xoşbəxt olanda mən sənətimə daha çox bağlanıram.

- Müsabiqədən birincilik gözləyirsinizmi?

- Birincilik gözləmirəm. İkinci tura keçəcəyimi də düşünmürəm. Orada Acun Ilıcalı da dedi ki, qaramsar insansınız. Qaramsar, insan deyiləm. Sadəcə realistəm, hər şey ola bilər. Birinci də ola bilərəm. Allah nə istəsə, o olacaq.

- Müsahibədən öncə söhbət zamanı qeyd etdiniz ki, yeni müsabiqəyə hazırlaşırsınız. Bu haqda məlumat verərdiniz...

- Oktyabrın 22-23-də Rusiyada Müslüm Moqamayev adına müsabiqə olacaq. Azərbaycanı təmsil edəcək iki nəfərdən biri mənəm. M.Moqamayev sayəsində bu sənətdəyəm. Onun pərəstişkarı olub, mahnılarını dinləyib, musiqiyə yönəlmişəm. Mənim üçün bu müsabiqədə iştirak etmək şərəfdir. 700-800 nəfər arasından 15 nəfəri seçiblər, onlardan biri də mənəm. Bu, böyük bir nailiyyətdir. İtaliyada tamaşalarım var, onlara hazırlaşıram. Noyabrda solo konsert verəcəyəm. Tələbələrimlə məşğulam. Yayda başqa bir müsabiqə də var, onunla bağlı hazırlıqlar görürəm. Maşallah işlər çoxdur.

- Bir az əvvələ gedək... Bildiyim qədəri ilə ailənizdə musiqiçi yoxdur. Yəqin oxuculara da maraqlı olar. Musiqiyə gəlişiniz necə oldu?

- Ailəmizdə musiqiçi yoxdur. Mən nə qazanmışamsa, atam İslam Nəzərova borcluyam. Atam peşəkar musiqiçi olmasa da, gözəl qarmon ifa edir. Məncə, musiqi onun genlərində var idi, mənə də atamdan keçib. Atam mənim xanəndə olmağımı istəyirdi. Mən Bülbül adına Musiqi Məktəbinə xanəndə olaraq, daxil olmuşam. Özümü heç vaxt xanəndə kimi görməmişəm. Muğam böyük dərgahdır. Atam hər zaman deyirdi ki, muğamı 30 yaşdan sonra anlayacaqsan. Onun dediyi kimi də oldu. 31 yaşımda muğamı tam dərk etdim. Musiqi məktəbində oxuyan zaman müəllimimə dedim ki, vokal və ya opera oxumaq istəyirəm. Caz festivalında oxuduğum üçün bəyəndilər və sinfimi dəyişdilər. Heydər Əliyev Sarayında ilk dəfə Kvozimodo obrazını oynadım. Musiqi tarixçəm belədir. İçimdə olan musiqi burulğanı məni bu sahəyə gətirdi.

- İlham Nəzərovun gələcək hədəfləri nələrdir?

- Ölkəmizdə insanların operaya olan marağını artırmaq istəyirəm. Ciddi musiqini insanlara sevdirməliyik. İnsanlar ciddi musiqiyə qulaq asmırlarsa, bu, biz musiqiçilərin günahıdır. Mən ailəliyəm, ailəmin, xalqımın firavan yaşamasını istəyirəm. Bu yaşıma kimi Azərbaycanın adını zirvələrə daşımışam. Gələcək hədəfim isə ölkəmə müvəffəqiyyət qazandırmaqdır. Dəfələrlə müsabiqələrdə ermənilər bizim mahnıları öz adlarından ifa etmək istəyiblər, mane olmuşam. Arzum məşhur olmaq deyil, xoşbəxt olmaq və normal yaşamaqdır.

- Normal yaşamaq deyərkən maddiyyatı da nəzərdə tutursunuz?

- Bir sənətçinin musiqidən başqa düşüncəsinin olmamasını diləyirəm. Təbii ki, buraya maddi tərəflər də aiddir. Başqa beyin yoran məsələləri düşünmək istəmirəm. Metroda gedəndə soruşurlar ki, niyə metroda gedirsiniz? Sonra yazırlar ki, sizi metroda gördük. O sizsiniz? Bəli, metroda, avtobusda gedirəm. Bəziləri deyir ki, özünüzü xalqa göstərmək, bizdən biri olduğunuzu sübut etmək üçün metrodan istifadə edirsiniz. Mən 20 ildir ki, metro ilə gedib-gəlirəm. 20 ildir ki, özümü göstərirəm? Məni xalqın böyük əksəriyyəti Türkiyədəki çıxışımdan sonra tanıdı. Mənim imkanım metro ilə getməyə çatır. Bəlkə də, sabah imkanım şəxsi maşında getməyə çatacaq, onunla gedəcəyəm. Mən hər şeyi olduğu kimi danışmağı sevirəm. Dünən kim olmuşamsa, bu gün də həmin adamam. Sabah da dəyişməyəcəyimə əminəm.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14