Ağciyər xərçənginin 7 GİZLİ SİMPTOMU

Ağciyər xərçənginin 7 GİZLİ SİMPTOMU
21:27 12 Oktyabr 2016
309 Ölkə
Ölkə mətbuatı
A- A+

Xərçəng hiyləgər  xəstəlikdir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ilk mərhələlərdə xərçəng özünü demək olar heç bir simptomla büruzə vermir və ya bu simptomlar çox ümumi, az gözə çarpan olur.

Lakin xəstəliyinin məhz ilk mərhələlərdə aşkar olunması olduqca vacibdir. Bu uğurlu müalicənin əsas şərtidir.
Ağciyər xərçəngi dünyada ən tez rast gəlinən xərçəng növlərindən biridir. İldən ilə bütün dünyada bu xəstəliyin halları artır. Bu xəstəlik uzun müddət ərzində gizli inkişaf edir.
Sizə ağciyər xərçənginin 5 gizli simptomunu təqdim edirik:
- uzun müddət keçməyən öskürək, selikli və ya selikli-irinli  bəlğəm
- döş qəfəsində ağrılar
- təngənəfəslik
- səsin tutulması, xırıltılı olması
- iş qabiliyyətinin azalması, "səbəbsiz" yorğunluq, zəiflik
- hərarətin bir qədər qalxması
- çəkinin "səbəbsiz" azalması.
Əgər siz siqaret çəkirsinizsə və sizdə bu simptomlar varsa, vaxt itirmədən həkimə müraciət edin.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR